Stoltenberq: "Ukrayna NATO müttəfiqinə çevriləcək"

Ukrayna indi NATO üzvlüyünə əvvəlkindən daha yaxındır
Stoltenberq: "Ukrayna NATO müttəfiqinə çevriləcək"

...Bu isə Kreml rəhbəri Vladimir Putinin ölkəni işğal etməklə hansı strateji səhvə yol verdiyini göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq, Alyansın mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimində bildirib.

...Ukrayna NATO-nun müttəfiqi olacaq. Söhbət “əgər” yox, “nə vaxt” məsələsidir”.

Bunu deyən NATO baş katibinin sözlərinə görə, Ukrayna indi əvvəlkindən daha çox üzvlüyə yaxınlaşıb və bu, həm də Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal edərkən buraxdığı böyük strateji səhvi nümayiş etdirir.

...Çünki xatırladığınız kimi, onun məqsədi Ukraynanın NATO və Avropa İttifaqına doğru irəliləməsinin qarşısını almaq idi. O, Alyansdan bəyanat verməyi, əslində Rusiya ilə saziş imzalamağı tələb edib ki, NATO-nun Avropada heç bir ölkə hesabına daha genişlənməsinə yol verilməməlidir. İndi isə tam əksini əldə etdi. O, daha az NATO istəyirdi, daha çox NATO əldə edir, Alyansımızın şərq hissəsində daha çox NATO hərbi varlığı əldə edir. Finlandiya və İsveç tamhüquqlu üzvlərdir və Ukrayna NATO üzvlüyünə əvvəlkindən daha yaxındır.

Yens Stoltenberqin sözləridir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə