...Latviya polisi və sərhəd xidməti prezident seçkilərində Rusiya səfirliyinə səs verməyə gələn rusların vizalarını və yaşayış icazələrini yoxlayacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri NRA qəzeti yayıb.
Latviya Dövlət Polisinin rəhbəri Armands Ruksun sözlərinə görə, hüquq-mühafizə orqanları hazırda Latviya Respublikası ərazisində olan Rusiya vətəndaşlarının ölkədə qanuni yaşamaq hüququna malik olmasına əmin olmalıdırlar. ...Səfirliyə giriş müvafiq qaydada nəzarətdə saxlanılacaq, Sərhəd Patrul xidməti ilə birlikdə rezidentlik və viza yoxlama məntəqələri yaradılacaq.
Bunu deyən Ruksin fikrincə, yoxlamalar tez bir zamanda Rusiya Federasiyasına deportasiya ediləcək qanun pozucularını müəyyən edə biləcək.
Latviyanın ədliyyə naziri İnese Libina-Eqnere bir müddət əvvəl bildirmişdi ki, Rusiya prezident seçkilərində səsvermə Ukrayna ərazisində hərbi əməliyyatlara dəstək kimi təsnif edilməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB