...“Biabırçılıq” (?), Bryansk uşaq bağçasında baş verib. Belə ki, yerli “Bryanskiy Vorçun” nəşri xəbər verir ki, qurum Saxalin, Kuril adaları və Kalininqradın olmadığı Rusiya xəritəsini asıb.
Amma SİA-nın əldə etdiyi məlumata görə, xəritədə Rusiyanın “yeni əraziləri” Krım və yeni bölgələr “yer alıblar”.
Qeyd olunur ki, uşaq bağçası bu yaxınlarda Bryanskın Desnaqrad mikrorayonunda Flotskaya küçəsində tikilib istifadəyə verilib.
Bağşanın daxili divarında Rusiyanın inzibati-siyasi xəritəsinin maketi quraşdırılıb. Bundan başqa, bir gün əvvəl onu vilayət qubernatoru Aleksandr Boqomaz və ölkənin tikinti naziri İrek Fayzullin də ziyarət ediblər.
Xatırladaq ki, Rusiyada Rusiyanın ərazi bütövlüyünə qarşı çıxan xəritələrin yayılmasına görə cərimələr və ya həbslər haqqında qanun qəbul edilib.
Belə ki,.. 1 milyon rubla qədər cəza və ya 15 günə qədər həbs nəzərdə tutulur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB