NATO raketlərini Rusiya sərhədlərinə yaxınlaşdırır

NATO raketlərini Rusiya sərhədlərinə yaxınlaşdırır

NATO ölkələri Litvada rotasiya hava hücumundan müdafiə modelini tətbiq edir. Orada “Patriot” zenit-raket kompleksləri yerləşdiriləcək.

Beləliklə, Litva NATO-nun rotasiya hava hücumundan müdafiə qüvvələrinə malik ilk Baltikyanı ölkə olacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, alyansın bu cür hərəkətləri Baltikyanı ölkələrin regionda Avropanın müdafiə qabiliyyətini gücləndirmək çağırışlarına cavabdır.

Litvanın müdafiə naziri Arvydas Anusauskas keçirdiyi mətbuat konfransında hava hücumundan müdafiə sistemlərinin bu il istifadəyə veriləcəyini bildirib.

Qeyd edək ki, NATO-nun 2023-cü ilin yayında Vilnüs sammiti zamanı rotasiya sisteminin yaradılması barədə razılıq əldə olunub ki, bu sistem çərçivəsində Alyans ölkələri Baltikyanı ölkələrdə müəyyən müddətə hava hücumundan müdafiə sistemləri yerləşdirəcəklər.

Anusauskas Litvada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsinin ilk raundunda hansı Qərb ölkələrinin iştirak etdiyini açıqlamayıb, lakin avadanlıqların arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin olduğunu bildirib. ...Bu yanaşmanın bir neçə ay ərzində birdəfəlik olacağı gözlənilmir, lakin bütün təqvim aylarını əhatə edəcək və hava hücumundan müdafiə imkanlarımızı əhəmiyyətli dərəcədə artıracaq.

Anusauskas deyib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə