...“Ukraynanın səmalarını bağlayaq” xeyriyyə fondunun təsisçisi general-leytenant İqor Romanenko, rusların müəyyən ərazilərdəki hücum impulslarının artıq sönməkdə olduğunu bildirib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin hücumunun qarşısı Ukrayna Silahlı Qüvvələrinin qurmağa başladığı müdafiə xətləri ilə alınıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, martın 10-da “FREEDOM” kanalına müsahibəsində danışıb.
...Sərhədlər yaranıb və onlar təchiz olunmaqda davam edir və müəyyən ehtiyatlar yaranıb. Belə ki,Avdeevski istiqamətində “Abrams” tankları peyda olub. Avdeevski də daxil olmaqla, ən çətin istiqamətlərdə sursatların miqdarında da artım var. Və buna görə də vəziyyəti sabitləşdirmək üçün belə bir perspektiv var.
Bunu deyən İqor Romanenkonun fikrincə, Rusiya Silahlı Qüvvələrinin hücum üçün cəbhənin müəyyən istiqamətlərində topladıqları ehtiyatlar səngiməkdədir. Rusların 1500 kilometrlik bütün cəbhə boyu hücum etmək üçün kifayət qədər qüvvəsi yoxdur.
...Və buna görə də, məsələn, Kupyanski istiqamətindən ehtiyatları köçürürlər ki, Uqledar şəhərini almağa cəhd etsinlər. Amma burada çoxlu personal və texnika itirdilər. Bunlar həm də müəyyən sahələrdə onların hücum impulslarının artıq zəiflədiyinin əlamətləridir. Və bizə, əlbəttə ki, ilk növbədə silah və ehtiyat lazımdır, ilk növbədə insan ehtiyatı...
Bunu da Ukraynalı ekspert qeyd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB