Demoqrafik böhran səbəbindən Britaniyada yüzlərlə məktəb bağlanacaq

2030-cu ilə qədər azyaşlı uşaqların sayı yarım milyondan çox azalacaq...
Demoqrafik böhran səbəbindən Britaniyada yüzlərlə məktəb bağlanacaq

...Son məlumatların təhlilinə görə, 2030-cu ilə qədər azyaşlı uşaqların sayı yarım milyondan çox azalacaq ki, bu da 17 000 sinif otağına və ya 1 800 məktəbə bərabərdir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Daily Mail” yazır.

...Britaniyanın tabloid qəzeti yazır ki, 2000-ci illərin əvvəllərində qismən miqrasiyanın səbəb olduğu körpə bumu sönüb və 2010-cu ildən ölkədə doğum nisbəti azalmağa başlayıb.

Və bu artıq o deməkdir ki, əvvəllər əlavə dərs almaq üçün yarışan ibtidai məktəblər indi yerləri doldura bilmirlər. Ona görə də Yorkşir, Norfolk, Kambriya, Brighton, Uiqan, Bristol və London kimi iri şəhərlərdə artıq onlarla məktəb bağlanmaq üzrədir.

Yeni rəqəmlər problemin orta məktəblərə sirayət etdiyini göstərir. Məsələ bundadır ki, bu il Londonda orta məktəblərə 4000 az uşaq müraciət edib və payızda bunun ölkə daxilində də təkrarlanacağı gözlənilir.

Təhsil Departamenti ölkə üzrə orta məktəb şagirdlərinin sayının 2025-ci ildən etibarən azalacağını və 2030-cu ilə qədər 98 000-ə çatacağını proqnozlaşdırır ki, bu da 3 faiz azalma ilə 3266 sinif otağına və ya 92 məktəbə bərabərdir.

Məktəblər qeydiyyatda olan hər bir uşaq üçün orta hesabla təxminən 7,000 funt sterlinq alır, buna görə də şagirdlərin sayı ciddi şəkildə azalarsa, onlar maddi cəhətdən yararsız olurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə