...Qlobal qaz bazarında həddən artıq tədarük fonunda Avropada Rusiyanın mavi yanacağından tamamilə imtina barədə danışılır. Lakin Rusiyadan qaza qarşı sanksiyalar məsələsinə belə baxılmır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “El Pais” yazır.
Qeyd edək ki, Ukrayna münaqişəsinin başlanmasından iki il sonra Avropa Rusiyadan qaz idxalını birdəfəlik dayandırmaq barədə düşünürdü. Amma tərəddüd edirdi.
Məsələ bundadır ki, indi dünya qaz bazarında artıq tədarük var, ona görə də Avropada Rusiyanın mavi yanacağından tamamilə imtina edilməsindən danışılır.
...Bəli danışılır, amma bununla belə, Avropa ölkələri Rusiyadan qazı həm dəniz yolu ilə, həm də Türkiyə və Ukraynadan keçən borularla almağa davam edir.
Üstəlik, Avropa İttifaqındakı bir neçə mənbə ispan nəşrinə bildirib ki, qaz sanksiyaları ssenarisi hələ nəzərdən keçirilmir.
Hazırda üfüqdə yeganə imkan hər bir dövlətin könüllü olaraq məhdudlaşdırıcı tədbirlər tətbiq etməsidir. Ancaq görünən odur ki, hamı bu addımı eyni vaxtda və mütləq şəkildə, yəni sanksiyalarla atmasa, o zaman Avropa dövlətlərinin çoxu təkbaşına bu yolu tutmağa hazır deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB