...Almaniya kansleri Olaf Şolz martın 10-da gün batarkən başlayan və aprelin 9-na kimi davam edəcək müqəddəs Ramazan ayı ərzində Qəzza zolağında atəşkəs rejiminin tətbiq edilməsinin vacibliyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
...Yaxşısı Ramazan ayında atəşkəsə nail olmaqdır. Belə bir atəşkəs nəhayət, israilli girovların azad edilməsinə və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verməlidir.
Qeyd edək ki, bunu deyən Şolz, bundan əvvəl bildirilmişdi ki, Çevik Reaksiya Qüvvələrinin (RRF) tərəfdarları 2023-cü ildə Səudiyyə Ciddəsində əldə edilmiş razılaşmaları yerinə yetirməsələr, hətta müsəlmanların müqəddəs Ramazan ayında belə Sudanda atəşkəs mümkün olmayacaq.
Onu da qeyd edək ki, ölkənin faktiki rəhbəri, ordu komandiri Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Silahlı Qüvvələri ilə Çevik Reaksiya Qüvvələrinin komandiri, Hemetti kimi tanınan Məhəmməd Həmdan Daqalo arasında 15 aprel 2023-cü ildə start götürən qarşıdurma artıq açıq mərhələyə keçib. Bununla yanaşı bu münaqişə geniş dağıntılara, sağlamlıq böhranına və on minlərlə insanın ölkədən qaçmasına səbəb olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB