Finlandiyada polis Estoniyanın keçmiş baş nazirini uçuşdan uzaqlaşdırıb

Finlandiyada polis Estoniyanın keçmiş baş nazirini uçuşdan uzaqlaşdırıb

Finlandiya polisi Estoniyanın keçmiş baş naziri Taavi Rıivası Helsinki hava limanında Finnair şirkətinə məxsus təyyarədən düşürüblər. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, xarici işlər nazirini Yaponiyaya səfərdə müşayiət etməli imiş.

Estoniyanın Postimees və Delfi qəzetləri keçmiş hökumət başçısının sərxoş olduğunu iddia edirlər.

Postimees hadisə şahidinə istinadən xəbər verir ki, şənbə günü axşam, uçuşdan əvvəl 44 yaşlı Rõivas ekipajla mübahisə edib. Onlar fin dilində mübahisə ediblər, lakin bir müddət sonra polis hadisə yerinə gəlib.

Rıivası özü bildirib ki, uçuşdan əvvəl stüardessalarla noutbukdan istifadə etmək barədə mübahisə edib. O, aviaşirkətə şikayət etdiyini bildirib.

Bundan əlavə o, sərxoş olması ilə bağlı açıqlamaları böhtan adlandırıb.

Qeyd etdiyimiz kimi, Rıivası xarici işlər nazirini müşayiət edən işgüzar nümayəndə heyətinin tərkibində olub. Xarici İşlər Nazirliyinin sözçüsü Delfi-yə bildirib ki, o, rəsmilərlə uçmayıb.

İnsidentə görə keçmiş baş nazirin uçmalı olduğu reys təxminən yarım saat gecikib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə