ABŞ Rusiyanın nüvə silahından istifadə etməsinə cavab hazırlayırdı..?
...2022-ci ildə Amerika rəsmiləri Rusiyanın mümkün nüvə silahından istifadəsini müzakirə ediblər. Müzakirələrdə iştirak edən rəsmilərə istinadən The New York Times yazır ki, həmən vaxt hətta cavab variantları hazırlanıb.
SİA-nın bəzi mənbələrdən əldə etdiyi məlumata görə cavab nüvə deyil, “dramatik” olacaq.
Xüsusilə, nüvə silahından istifadə edən bölmələrə qarşı adi silahlardan istifadə edilən hücum müzakirə edilib.
Nəşrin məlumatına görə, Rusiya Federasiyasının nüvə silahından istifadə etmək qərarına səbəb ola biləcək bir neçə vəziyyət nəzərdən keçirilib.
Bunlardan birinci variant Krımı təhdid edən Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumunu nəzərdə tuturdu.
Digər variant isə Rusiya Federasiyasının Qərbin Kiyevə hərbi dəstəyini tamamilə dayandırmasını tələb edəcəyini və NATO-nun parçalanması üçün nüvə silahından istifadə edə biləcəyini nəzərdə tuturdu.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Ukraynada taktiki silahdan istifadə etmək fikrində olmadığını dəfələrlə vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB