Kiyev pul gəzir..?

...Hələlik ABŞ-dan maliyyə yardımı ala bilməyən Ukrayna Yaponiya və Kanada ilə danışıqlara başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazır.

Media Ali Radanın büdcə komitəsinin sədri Roksolana Pidlasaya istinad edir.

Qeyd olunur ki, Ukrayna hazırda kəskin büdcə problemləri ilə üzləşib.

...Hökumət digər G7 ölkələri, xüsusilə Yaponiya və Kanada ilə əlavə büdcə dəstəyi ilə bağlı danışıqlar aparır.

Bunu deyən ukraynalı rəsmi əlavə edib ki, Ukrayna da qeyri-hərbi xərcləri azaltmaq və vergiləri artırmaq niyyətindədir.

KİV-in məlumatına görə, ölkənin daxili gəlirləri cəmi 46 milyard dollar təşkil edir, Kiyev isə illik 87 milyard dollarlıq büdcəsinin demək olar ki, yarısını müdafiə xərclərinə ayırıb. Gözlənilən səfərbərlik dalğası ilə əlaqədar bunun kəsirin artacağı da proqnozlaşdırılır.

Belə ki, insanlara maaş verilməli və pul həm də çağırışçıların təlim - təchizatına yönəldiləcək.

Xatırladaq ki, ABŞ Konqresi Kiyevə yardımın ayrılmasını təsdiqləyə bilməyib. Vaşinqton başqa variantlar axtarır. Lakin Konqres üzvləri martın sonunda iki həftəlik məzuniyyətə getdiyi üçün Kiyevə yardımla bağlı qərarlar aprel ayına qədər verilməyəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə