Van Qoqun 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb. NOS telekanalının məlumatına görə, portreti alan şəxs 4,5 milyon avrodan çox pul ödəyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əsər Yeni Orleanda yerləşən M.S. RAU qalereyası tərəfindən satışa çıxarılıb.
TEFAF martın 14-dək davam edəcək. Builki yarmarkada 22 ölkədən 270-dən çox qalereya və antikvar ticarəti ilə məşğul olanlar iştirak edir. Onlar rəsmlər, heykəllər, zərgərlik məmulatları, fotoşəkillər və s. təklif edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB