“Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının ixrac olunduğu ölkələr sırasına Maldiv adaları da əlavə edildi.
Maldiv adaları təhlükəsizlik qüvvələrinin ehtiyacları üçün komanda idarəetmə məntəqəsi və 6 “Bayraktar TB2”dən ibarət sistem quracaq.
SİA-nın əldə etdiyi məlumata görə, müqavilə çərçivəsində nəqliyyat vasitələrinin təhvil verilməsinə başlanılıb.
Xatırladaq ki, Maldiv prezidenti Məhəmməd Muizzu 2023-cü ilin noyabrında Türkiyəyə səfər etmiş, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmüş və Türkiyənin bir sıra müdafiə sənayesi şirkətlərinə baş çəkmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB