Litvada Rusiya nömrəli avtomobillər müsadirə edilir

Litvada Rusiya nömrəli avtomobillər müsadirə edilir

Bazar ertəsi, martın 11-dən Litvada Rusiya nömrəli avtomobillər müsadirə edilir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkənin gömrük idarəsinin nümayəndəsi İrmina Frolova-Milaşene LRT radiosunda xatırladıb.

O, aydınlaşdırıb ki, bu gün ölkədə Rusiya dövlət nömrə nişanlı 50-yə yaxın avtomobil yol hərəkətində iştirak edir. Frolova-Milaşene əlavə edib ki, daha bir neçəsinin dayanacaqlarda saxlanması da mümkündür.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bu yaxınlarda Litvanı Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirə ediləcəyi təqdirdə cavab tədbirləri ilə hədələyib.

...Vilnüsün bu qərarı həyata keçirilərsə, bu, yalnız dövlət səviyyəsində kobud quldurluq aktı kimi qiymətləndirilə bilər.

Deməli, bunu Rusiya tərəfi bildirib.

Bu arada Litva gömrüyünün mətbuat xidməti martın əvvəlində Rusiya dövlət nömrə nişanlı avtomobillərin sahiblərinə xatırladıb ki, onlar martın 11-dək avtomobillərini respublika ərazisindən çıxarmalı və ya yenidən qeydiyyatdan keçirməlidirlər, əks halda onları cərimə və pul müsadirəsi gözləyir.

Bununla yanaşı, vətəndaşlardan əmlakları ilə bağlı riskləri minimuma endirmək üçün qalan günlərdən yararlanmağa çağırılıb.

Bir daha xatırladaq ki, ötən ilin sentyabrında Litva Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazisinə daxil olmasını qadağan edərək, 2024-cü il martın 11-dən belə avtomobillərin sahiblərini cərimə və müsadirə olunacağı ilə bağlı xəbərdarlıq edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə