Son illər Türkiyədə diplomatiya və ali təhsil sahələrində çalışan qadınların sayı artır.
SİA xəbər verir ki, Türkiyə Statistika İdarəsinin (TÜİK) məlumatına görə, ölkənin qadın diplomatlarının sayı 2014-cü ildəki 32 nəfərdən 2023-cü ildə 81-ə çatıb.
Statistik rəqəmlərə görə, son beş ildə Türkiyədə qadınların diplomatik nümayəndəliklərin rəhbəri vəzifəsində təmsilçiliyi 13,9 faizdən 27,3 faizə yüksəlib.
Son illərdə Türkiyənin universitetlərinin professor-müəllim heyətinin tərkibində də qadınların sayı xeyli artıb. 2023-cü ilin sonuna olan məlumata görə, bu ölkənin ali təhsil müəssisələrində çalışan zərif cinsin nümayəndələrinin sayı 85 min 220 nəfər olub, halbuki 2014-cü ildə bu rəqəm 60 min 993 təşkil edirdi. 2013-2024-cü illərdə bu sahəyə 24 min 287 qadın mütəxəssis cəlb edilib.
Türkiyədə son 10 il ərzində qadın professorların sayı 5 min 740-dan 11 min 616-ya yüksəlib, universitetlərdə çalışan dosentlərin sayı isə 4 min 360 nəfərdən 9 min 160-a çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB