Fransa Ukraynaya qoşun yeritməyə hazır olan ölkələrin “alyansı”nı yaradır..?
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” qəzeti yazır.
Nəşr Parisin Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını dəstəkləyən Baltikyanı siyasətçilərin bəyanatlarına istinad edir.
Media Estoniya, Litva və Latviyanın digər ölkələrlə müqayisədə “ideyaya daha açıq” olduğunu iddia edir.
Qeyd edək ki, Kiyevə “Taurus” qanadlı raketlərinin göndərilməsindən imtina ilə bağlı təzyiqlərə görə “ehtiyatlı” olan Paris və Berlin arasında gərginliyin artdığı vurğulanır. ...Amma etiraf edilməlidir ki, bu gün Almaniya Ukraynaya Avropanın ən böyük hərbi yardım tədarükçüsüdür.
...Məqalədə həmçinin bildirilir ki, bir sıra Qərb ölkələri əvvəllər Fransa prezidenti Emmanuel Makronun təklifinə reaksiya verərək Ukraynaya qoşun yeritmək planlarının olmadığını bildirsələr də, buna baxmayaraq, bəziləri artıq “mövqeyini dəyişir”,.. məsələn, Polşa?
Qeyd edək ki, əvvəllər Varşavada NATO qüvvələrinin Ukraynada olması “ehtimal” sayılırdı. Belə ki, ölkənin Xarici İşlər Nazirliyi bu variantın “müsbət qiymətləndirildiyini” və “başlanmış müzakirəni təşviq etdiyini” bildirirdi.
Və eyni zamanda, Estoniyada da qoşunların göndərilməsini müdafiə hərəkətləri adlanırdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB