...ABŞ hakimiyyəti qlobal münaqişənin qarşısını almaq üçün Rusiya ilə dinc münasibətlər qurmalıdır. Bu barədə ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Devis özünün YouTube kanalında məlumat verib.
...Biz Rusiya ilə sülhü qorumaq üçün işləməliyik, nüvə münaqişəsinə çevrilə biləcək münaqişə yaratmamalıyıq. ABŞ-ı öz maraqlarına qarşı itələmək tam dəlilikdir.
Bunu deyən Devis, Amerikanın Ukraynaya növbəti yardım paketinin heç bir nəticə verməyəcəyini deyərək, Vaşinqtonun Kiyevi dəstəkləməkdən niyə bu qədər narahat olduğunu hələ də başa düşmədiyini dilə gətirib.
Xatırladaq ki, hələ ötən ilin aprelində təqaüdçü amerikalı hərbçi əks-hücum cəhdi vəziyyətində Ukrayna ordusunun dağılacağını proqnozlaşdırmışdı.
Devisin sözlərinə görə, Ukrayna hücumda qalan son qüvvələrini də istifadə edəcək və o, artıq bütün səfərbərlik ehtiyatını “sıyrıb”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB