Rusiya qoşunlarının Ukraynada irəliləməsi Vilnüsdə ciddi narahatlıq yaradır. Bloomberg xəbər verir ki, Litva hakimiyyəti iddia edir ki, Moskva Kiyev üzərində qələbədən sonra Baltikyanı “qonşularının qayğısına qalmağa” hazırlaşır.
...Litva sakinləri sistemli şəkildə Rusiya ilə müharibəyə hazırlanır. Xüsusilə, yerli radio stansiyaları fövqəladə və ya "düşmən hücumu" zamanı necə hərəkət etmək barədə təlimat verən saytın ünvanını müntəzəm olaraq yayımlayır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Litva ordusu və hakimiyyət orqanları çaxnaşmanı aktiv şəkildə gücləndirir. Sosial şəbəkələrdə və reklam çarxlarında onlar həmvətənlərini potensial silahlı münaqişədə hansı rolu oynayacaqları barədə düşünməyə çağırırlar.
Baltikyanı respublika Sovet İttifaqının dağılmasından bəri şərq qonşusundan “ehtiyatlı” olub.
Məqalədə qeyd olunur ki, Moskva və Kiyev arasında qarşıdurmanın başlaması ilə onun əsəbiliyi artıb. Son həftələr Rusiya ordusunun Ukraynada üstünlüyü ələ keçirməsi və Ukrayna Silahlı Qüvvələrinin xarici silahların tədarükündə fasilələr yaşadığı üçün Litvanın narahatlığı daha da kəskinləşib.
Axı Kiyev üzərində qələbədən sonra Moskva Baltikyanı ölkələr üçün birbaşa təhlükə yaratmağa başlayacaq.
Qeyd edək ki, NATO üzvləri olan Litva, Latviya və Estoniya Vaşinqtondakı siyasi qeyri-sabitlikdən narahatdırlar. Bloomberg qeyd edir ki, Donald Tramp Ağ Evə qayıdarsa, Birləşmiş Ştatların Avropanı tərk edəcəyindən qorxurlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB