“Təhlükələrin işığında”: ​​Qərb ABŞ-ın NATO-dan çıxmasını gözləyir?

Yeri gəlmişkən, Donald Tramp qalib gələcəyi təqdirdə Rusiyaya qarşı getməyəcəyini də qeyd edib...
“Təhlükələrin işığında”: ​​Qərb ABŞ-ın NATO-dan çıxmasını gözləyir?

NATO ölkələrindən olan bir sıra diplomatlar “Teleqraf” qəzetinə bildiriblər ki, Donald Tramp prezident seçkilərində qalib gələrsə, ABŞ-ın Şimali Atlantika Alyansından çıxmasına hazırlaşmalıdırlar.

...NATO-nun Avropa paytaxtları Donald Trampın təhdidləri fonunda öz hərbi imkanlarını planlaşdırmalı və yenidən düşünməlidirlər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu nəşr yazır.

...ABŞ prezidentliyinə namizəd dəfələrlə bəyan edib ki, qalib gəlsə, 2025-ci ilin iyununda NATO sammiti keçirəcək və orada alyansın gələcəyi barədə danışacaq.

O, hərbi blokun işi ilə bağlı da fikirlərini bildirib. Daha doğrusu, o, NATO-nun müdafiəsini dəstəkləmək üçün verdiyi töhfələrin miqdarından narazıdır.

Yeri gəlmişkən, Donald Tramp qalib gələcəyi təqdirdə Rusiyaya qarşı getməyəcəyini də qeyd edib. Bütün bunlar, təbii ki, avropalı diplomatların narahatlığına səbəb olur.

Xatırladaq ki, Tramp ölkənin hazırkı lideri Cozef Baydenlə yanaşı, seçkilərdə əsas prezidentliyə namizədlərdən biridir.

Bəzi ştatlarda əvvəlcədən səsvermə keçirilib.

Trampın yeganə rəqibi adlandırılan Nikki Heyli bu yaxınlarda yarışı tərk edib.

Ona görə də, Qərb hələ ki, gözləyir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə