ABŞ üç ölkəyə qoşun göndərəcək

ABŞ üç ölkəyə qoşun göndərəcək

ABŞ Sakit Okean hövzəsindəki üç ölkəyə onların ərazilərinə “müstəsna hərbi giriş” müqabilində maliyyə yardımı göstərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” xəbər verir ki, ABŞ Konqresi müvafiq qərar qəbul edib.

Aydın olur ki, konqresmenlər Palau, Marşal adaları və Mikroneziya ilə azad assosiasiya sazişlərinin müddətinin uzadılması üçün vəsaitin ayrılmasını dəstəkləyiblər.

Bu müqavilələr Sakit okean ölkələrinə amerikalıların öz ərazilərinə “müstəsna hərbi çıxışı” müqabilində iqtisadi dəstəyi nəzərdə tutur.

Qeyd edək ki, keçən il ABŞ hakimiyyəti hər üç ştatın administrasiyası ilə azad birləşmə haqqında sazişlərin müddətini 2043-cü ilə qədər uzatmaq barədə razılığa gəlib.

Yeri gəlmişkən, Konqres tərəfindən təsdiqlənən sənəd Sakit okean ölkələrinə 20 il ərzində 7,1 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə