Moskva polisi gücləndirilmiş rejimin tətbiqini təkzib edib

Moskva polisi gücləndirilmiş rejimin tətbiqini təkzib edib

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsi terror aktları təhlükəsi ilə əlaqədar gücləndirilmiş növbətçilik rejiminin tətbiqi ilə bağlı məlumatı təkzib edib. ...Metropoliten polis əməkdaşları Moskvada gecə-gündüz ictimai asayişin mühafizəsini təmin edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu idarədən bildirilib.

Polis həmçinin vətəndaşları çaşdırmamağa və yalan məlumat yaymamağa çağırıb.

Bundan əvvəl internetdə Moskva polisinin şəhərin mərkəzində patrulların sayını iki dəfə artırdığı və zabitləri növbəyə qoyduğu barədə məlumatlar yayılmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə