İndoneziyada daşqın 19 nəfərin həyatına son qoyub

İndoneziyada daşqın 19 nəfərin həyatına son qoyub

İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın nəticəsində 19 nəfər ölüb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər itkin düşüb.

Sel 16 körpünü və bir neçə yaşayış evini uçurub, yollar bağlanıb. Bu səbəbdən zərərçəkənlərə yardımın çatdırılmasında çətinliklər yaşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə