“Qərbdə hər şey total militarizasiyaya doğru gedir...”

“Qərbdə  hər şey total militarizasiyaya doğru gedir...”

Serbiya prezidenti Aleksandar Vucic hesab edir ki, Qərb ölkələri Rusiyanı məğlub etmək üçün “hər şeydə öz imkanlarını beş dəfə artırırlar”.

Onun sözlərinə görə, indi dəlilik baş verir, çünki onların hamısı Putinin asanlıqla məğlub olacağını düşünürdü. Lakin onlar indi başa düşdülər ki, bu, çətin işdir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu da Vuçiç əlavə edib.

Serbiya lideri Belqrad Hərbi Texniki İnstitutuna səfəri və silahların yoxlanılması zamanı, hazırda Qərbdə hər şeyin total militarizasiyaya doğru getdiyini bildirib.

O, müdafiə naziri Miloş Vuçeviç ilə birlikdə ölkənin silahlı qüvvələrinin yeni inkişaflarını qiymətləndirib və pilotsuz təyyarələrin istehsalının artırılmasının vacibliyini bəyan edib. Xatırladaq ki, Vuçiç bir müddət əvvəl Serbiya-Rusiya münasibətlərini atalar sözü ilə təsvir edərək, iki ölkənin həmişə dost olduğunu vurğulayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə