Argentinaya nə qədər rus köçüb?

Argentinaya nə qədər rus köçüb?

...2023-cü ildə 3,7 min Rusiya vətəndaşı Argentinada yaşamaq icazəsinə sahibi olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RBC ölkənin Daxili İşlər Nazirliyinin məlumatına istinadən yayıb.

Argentina tərəfi qeyd edib ki, il ərzində ruslara verilən sənədlərin sayı rekord həddə çatıb.

Materialda aydınlıq gətirilir ki, 2022-ci ildə Rusiya Federasiyasının 919 vətəndaşı Argentinada, 2021-ci ildə 320 nəfər, 2020-ci ildə isə 390 nəfər yaşamaq icazəsi alıb.

Öz növbəsində, 2024-cü ilin yanvar ayı ruslara yaşamaq icazəsinin verilməsi üzrə aylıq rekord vurub. Belə ki, 501 nəfər bu icazəni alıb.

Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2023-cü ilin iyun ayına qədər bu Cənubi Amerika ölkəsinə Rusiya Federasiyasından 34 min 797 nəfər gəlib, 25 min 768 nəfər isə gedib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə