Baydenin yeni kampaniya strategiyası ortaya çıxdı

Baydenin yeni kampaniya strategiyası ortaya çıxdı

ABŞ prezidenti seçki kampaniyası çərçivəsində yeni strategiya kimi yenidən seçilmək uğrunda mübarizədə öz yaşının tənqidindən üstünlük kimi istifadə etməyə çalışacaq. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The New Yourk Times” yazır.

Yeni videoda Bayden dondurma mağazasında kostyumda dayanaraq dondurma və digər məhsullara baxır.

...Bax, mən cavan oğlan deyiləm. Bu sirr deyil. Ancaq burada bir şey var: Amerika xalqı üçün necə bir şey edəcəyimi başa düşürəm.

Bayden bunu kameraya deyir.

ABŞ prezidenti, həmçinin koronavirus pandemiyası ilə mübarizə, yaşlılar üçün insulin qiymətlərinin məhdudlaşdırılması və ilk müddətinin böyük nailiyyətlərini açıqlayır.

O, həmçinin Respublikaçıların ehtimal edilən namizədi Donald Trampı qadınları reproduktiv məsələlərdə “seçim azadlığından” məhrum etməkdə ittiham edir.

Bundan əvvəl No Labels adlı partiya noyabrda ABŞ-da keçiriləcək seçkilərdə yeni prezidentliyə namizəd irəli sürməyi planlaşdırdığını açıqlamışdı.

Onlar qərarlarını bir çox amerikalıların nə Cozef Bayden, nə də ABŞ-ın keçmiş prezidenti Donald Tramp haqqında müsbət fikirdə olmaması ilə izah edirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə