Haitinin paytaxtı Port-o-Prinsdə silahlı qruplar hökumət binalarına və prezident sarayına hücum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABC News xəbər verir.
Nəşrin mənbələrinin məlumatına görə, hücum koordinasiyalı və sürətli olub: müxtəlif qruplar eyni vaxtda bir neçə hökumət binasına, o cümlədən prezident sarayına və Haitinin qərb departamentinin polis qərargahına hücum ediblər.
...Polislə dəstə üzvləri arasında toqquşma baş verib.
...Biz hələ də vəziyyəti mümkün qədər tez nəzarət altına almaq üçün çalışırıq. Əlimizdə olanlarla əlimizdən gələni edirik.
Port-au-Prinsdəki təhlükəsizlik mənbəsi CNN-ə bildirib.
ABC News mənbəsi həmçinin bildirib ki, ilkin məlumatlara görə, qruplaşmaların ondan çox üzvü öldürülüb, lakin bu rəqəm təsdiqlənməyib. Hələlik polis itkiləri barədə məlumat yoxdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB