Fələstin İsrailin zərbələri nəticəsində dəyən ziyanı hesablayır

Fələstin İsrailin zərbələri nəticəsində dəyən ziyanı hesablayır

Fələstin-İsrail silahlı münaqişəsi nəticəsində Qəzzalıların 90 faizi evlərini tərk etmək məcburiyyətində qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Fələstin anklavı hökumətinin mətbuat xidmətinə istinadən yazır.

Qəzza rəsmiləri həmçinin İsrailin zərbələrindən maddi ziyanı hesablayıblar.

...Birbaşa ziyan və qeydə alınmış itkilər indiyədək 30 milyard dollardan çox olub.

Bəyanatda belə deyilir.

Qeyd olunur ki, dəymiş ziyana anklavın yaşayış binalarına və digər obyektlərinə, habelə infrastrukturuna (o cümlədən yol, elektrik, su və kanalizasiya şəbəkələrinə) dəymiş ziyan daxildir.

Qəzza zolağı administrasiyasının mətbuat xidmətinin baş direktoru İsmayıl əl-Savab bildirib ki, anklavda bombardmanların və küçə döyüşlərinin başlamasından sonra, demək olar ki, bütün xəstəxanalar, məktəblər dağıdılıb.

Münaqişə qurbanlarının, eləcə də yaralanan və itkin düşən Qəzza sakinlərinin ümumi sayı 110 min nəfərdən çoxdur. Bundan əvvəl “Sərhədsiz Həkimlər” humanitar təşkilatı İsraili öz əməkdaşını saxlamaqda ittiham etmişdi. Qeyd olunur ki, işçi fevralın 15-də İsrail qüvvələri tərəfindən saxlanılıb. O, Qəzza zolağındakı Nasser xəstəxana kompleksini tərk etməyə çalışarkən tutulub və hazırda “İsrail qüvvələrinin nəzarətindədir”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə