Güclü qasırğa BƏƏ və Səudiyyə Ərəbistanını vurub

Güclü qasırğa BƏƏ və Səudiyyə Ərəbistanını vurub

Güclü tufan BƏƏ və Səudiyyə Ərəbistanına leysan yağışları və daşqınlar gətirib. Dubayda pis hava şəraiti ilə əlaqədar dəniz və hava nəqliyyatı kəsilib, bir neçə rayonda ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb.

SİA-nın əldə etdiyi məlumata görə, dövlət qurumları və məktəblər distant işə keçib.

Vətəndaşlara dolu ehtimalı ilə bağlı xəbərdarlıq edilib və öz təhlükəsizliklərini nəzərə almaları xahiş olunub.

“Khaleej Times” xəbər verir ki, pis hava şəraitinin bazar günü günortaya qədər davam edəcəyi gözlənilir.

Bundan əvvəl Pakistanın şimal-qərbində 40-a yaxın insanın leysan və qar yağmasının qurbanı olduğu bildirilirdi.

Deyilənlərə görə, Dağlıq Gilgit-Baltistan bölgəsində əsas magistral yollar qar altında qalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə