Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Elmi Yayma Vəqfinin 53-cü Baş Assambleyasında etdiyi çıxışında İsrailin Qəzza zolağında törətdiyi hücumlara toxunub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
“İsrailin birbaşa mülki əhalini hədəf aldığı hücumlar nəticəsində bu günə qədər minlərlə fələstinli ölüb və yaralanıb'' deyən Türkiyə Prezidenti bildirib ki, təqribən 2 milyard əhalisi olan İslam dünyasının təəssüf ki, Fələstin xalqı qarşısında qardaşlıq borcunu tam yerinə yetirə bilmədi.
Ərdoğan Qəzzaya edilən yardımlarla bağlı deyib:''İndiyədək 19 təyyarə və 7 mülki yardım gəmisi ilə bölgəyə göndərdiyimiz humanitar yardımın ümumi miqdarı 40 min tona çatıb''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB