Yunanıstanda qadınların əsgər getməsi gündəmdədir

Yunanıstanda qadınların əsgər getməsi gündəmdədir

Yunanıstanda qadınların könüllülük əsasında əsgər getməsi gündəmdədir.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan Müdafiə naziri Nikos Dendias 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə nüfuzun yarısının əsgərlikdən azad edilməsinin ziddiyyətli olduğunu ifadə edib.

Dendias bu istiqamətdə qadınların könüllü olaraq əsgərlik xidməti etməsi üzərində işlər getdiyini açıqlayıb. O, bu qaydanın Yunanıstanda 1977-ci ildən olduğunu deyib: "Sual odur ki, qadınların könüllü əsgərliyini necə tətbiq etmək olar. Gələcək həftələrdə Silahlı Qüvvələrin lider adları ilə birlikdə ölkəmizin insan gücünü sadəcə Silahlı Qüvvələr ilə deyil, könüllü əsgər təməlində də necə ən yaxşı şəkildə dəyərləndirə biləcəyimizi açıqlayacağıq".

Yunanıstanda 1977-ci il tarixli qaydaya görə Müdafiə naziri sülh vaxtlarında, lazım olan hallarda Silahlı Qüvvələr komandirlərinin də təklifi ilə, ya bütün ölkə, ya da müəyyən ərazilərdən qadınları əsgər çağıra biləcəklərini bildirib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə