"Ana Xəbər"ə sürpriz diktor

8 Mart Beynəlxalq Qadınlar Günündə Ana Xəbər ekranına aktrisa Demet Evgar çıxıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Demet Evgar Birləşmiş Millətlər Qadın Bölməsi Yaxşı Niyyət Elçisi kimi 8 Marta özəl Show Ana Xəbər aparıcısının yerinə keçib.

Əksik sözlərdən ibarət xəbər mətnini oxuyan Evgar qadınların yox sayıldığı bir dünyanın bu xəbər kimi əksik və anlaşılmaz olacağını bildirib.

Evgar bu sözləri deyib: "Oxuduğum xəbərdən heç bir şey anlamadınız? Çünki bəzi sözləri əksik oxudum. Həyatın içində qadını görmədiyimiz, yox saydığımız, əksiltdiyimiz hər yer anlaşılmaz və əksik olur. Qadının bərabər haqq və fürsətlərə sahib olduğu, bərabər mühitdə yer aldığı hər yer böyüyür və yaşıllaşır. Qadının varlığı bu qədər önəmliykən biz hər səhər qadın cinayəti xəbərinə oyanırıq. Daha gözəl səhərlərə oyanmaq mümkündür. Əgər qəbul etsək ki, qadınlar həyatın hər yerində və hər zaman var, hətta həyatın baş rolundadırlar".

https://www.birgun.net/haber/ana-habere-surpriz-spiker-512632

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə