“Google” İsrailə etiraz edən əməkdaşını işdən çıxarıb

“Google” İsrailə etiraz edən əməkdaşını işdən çıxarıb

ABŞ-ın texnologiya şirkəti “Google”-un Nyu-Yorkda təşkil etdiyi texnologiya tədbirində İsrailə etiraz edən mühəndisini işdən çıxardığı öyrənilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Google” sözçüsü açıqlamasında bildirib ki, bu həftənin əvvəlində bir işçi şirkətin sponsorluq etdiyi rəsmi tədbirə müdaxilə edib və həmkarının təqdimat keçirməsinə mane olub: “Məsələdən asılı olmayaraq, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizi pozduğuna görə işdən çıxarılıb”? - deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə