Danilov Putinə “sürprizlər” vəd edir...

Rusiya gəmi və təyyarələrinin məhv edilməsi fonunda...
Danilov Putinə “sürprizlər” vəd edir...

...Rusiya gəmi və təyyarələrinin məhv edilməsi davam edəcək. Ukraynanın ərazi sularında və ya səmada heç bir düşmən “dəmir parçası” olmayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilova istinadən Ukrayna radiosunun efirində məlumat verib.

...Qara dənizdə Rusiya hərbi maşınlarının məhv edilməsi davam edəcək. Tapşırıq olduqca sadədir: Qara və Azov dənizlərinin ərazisində Rusiya bayrağı altında bir dəmir parçası da olmayacaq. Biz ərazi sularımızda hərəkət edən hər şeyi məhv edəcəyik. Onların burada olmasına imkan verməyəcəyik.

Bunu deyən Danilov, Putini gözləyə sürprizləri də açıqlayıb. Danilovun dediyinə görə, bundan sonra baş verənlər Ukrayna ictimaiyyəti üçün xoş, amma Moskvada oturan rus füreri üçün çox xoşagəlməz olacaq.

...Fevralda başlayan və kifayət qədər aktiv olan “təyyarə düşməsi”nə gəlincə, o qeyd edib ki, bu, Qərb tərəfdaşları sayəsində bizim imkanlarımızın gücləndirilməsidir.

...Tərəfdaşlarımızla razılaşmanı nəzərə alaraq müəyyən şeylər haqqında danışa bilmərik, amma inanın ki, təyyarələr düşməkdə davam edəcək və heç də az intensiv olmayacaq. Onların hamısı mütləq Ukrayna torpağında “əkiləcək”, çünki biz torpağı vermirik, sadəcə orada basdırırıq. Bizim ərazilərər soxulan bütün irqçiləri mütləq basdıracağıq və gələn hər şey ya Ukrayna torpağında, ya da metal qırıntılarında olacaq.

Bunu da Danilov vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski martın 3-də, bu ilin fevralından bəri ukraynalı müdafiəçilərin rusların 15 döyüş təyyarəsini məhv etdiklərini bildirib.

Qeyd edək ki, bunlara Su-34 qırıcı-bombardmançı təyyarələri, Su-35 çoxməqsədli qırıcıları və bir A-50 erkən xəbərdarlıq təyyarəsi daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə