...Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.
SİA “Reuter”a istinadən öldürülənlərin hamısının eyni ailədən olduğunu bildirir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 19 yaşlı tələbə saxlanılıb. Polis onun qurbanların ailəsini tanıdığını güman edir. Kanadanın baş naziri Castin Trüdo başsağlığı verib və amansız qətl xəbərinin onu şok vəziyyətinə saldığını bildirib. O, bu cinayətin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.
Bu arada Kanada paytaxtının meri, bu hadisəni şəhərin tarixində ən dəhşətli qətllərdən biri kimi dəyərləndirib.
...Yeri gəlmişkən ötən gün Leninqrad vilayətində yerli “harınlar” miqrant qapıçını (ruslar ona “dvornik” deyir-A.B.) bıçaqlayaraq öldürüblər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB