Niderland Qırmızı dənizə freqat göndərəcək

Niderland Qırmızı dənizə freqat göndərəcək

Niderland Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün missiyaya qoşulacaq və ora freqat göndərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Niderland Müdafiə Nazirliyinin saytında məlumat verilir.

Söhbət Niderland Hərbi Dəniz Qüvvələrinin “Zr. Ms. Tromp” freqatından gedir.

Qeyd olunub ki, hava hücumundan müdafiə freqatı gəmilərin dənizdə təhlükəsizliyini və sərbəst keçidini təmin etməyə kömək etməlidir.

Niderland həmçinin Qırmızı dənizə çoxfunksiyalı dəstək gəmisi “Zr. Ms. Karel Doorman”ı da göndərməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə