Numan Kurtulmuş Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Numan Kurtulmuş Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, sosial media hesabında paylaşım edən Numan Kurtulmuş deyib:

"Varlığı, mövqeyi, səyi, uzaqgörənliyi, fədakarlığı və cəsarəti ilə gələcəyi yüksəldən, həyatın bütün sahələrində sonsuz sevgi və şəfqətlə ümidləri gücləndirən bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm".

Paylaşımında ​​fələstinli qadınlara da münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin sədri

Ümid edirəm ki, övladlarını və vətənlərini kədər içində yaşasalar da tükənməz ümidlə qoruyan fələstinli qadınların ədalətli mübarizəsi bəşəriyyətin oyanmasına vəsilə olacaq” deyib.

N.Kurtulmuş "Vəfalı, qəhrəman qadınlara sonsuz təşəkkürlər" qeydini də paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə