Bu arada Avropa Komissiyasının daxili bazar üzrə komissarı Terri Breton Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Leyenin ikinci müddətə yenidən seçilməsinə qarşı çıxıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
… Ursula fon der Leyen səsvermədə öz partiyasına uduzdu. İndi əsl sual ondan ibarətdir ki, Avropanın idarəçiliyi daha beş il müddətinə Avropa Xalq Partiyasına verilə bilərmi? Avropa Xalq Partiyasının özü də, deyəsən, öz namizədinə inanmır.
Breton öz fikrini bölüşüb.
…Keçən ay məlum oldu ki, fon der Leyen ikinci müddətə Avropa Komissiyasının sədri olmaq niyyətini elan etməyi planlaşdırır. Ancaq görünən odur ki, Qərb onun siyasətindən narazıdır.
Beləliklə, Almaniya kansleri Olaf Şolz fon der Leyenin Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə qəbul olunmasının qarşısını alıb.
Yeri gəlmişkən, Macarıstan xarici işlər naziri Peter Sziyarto da fon der Leyenin Avropa Komissiyasındakı vəzifəsinə son qoymasını istəyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB