...Martın 7-də axşam ABŞ-ın Rusiyadakı səfirliyi yaxın iki gün ərzində Moskvada terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.
...Səfirlik ekstremistlərin Moskvada konsertlər də daxil olmaqla, insanların böyük toplaşdığı yerlərə hücum planlarına dair hesabatları izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində izdihamdan çəkinmələri tövsiyə olunur.
SİA-nın əldə etdiyi məlumata görə, bu ABŞ səfirliyinin saytında deyilir.
...Həmçinin, ABŞ Dövlət Departamenti Rusiyaya səyahət üçün risk səviyyəsini maksimum dördə qaldırıb.
Bunu isə “Kommersant” qeyd edib.
Britaniya Xarici İşlər Nazirliyi öz saytında ABŞ-a xəbərdarlıq edib.
Cümə günü səhər Latviya Xarici İşlər Nazirliyi həmvətənlərini Rusiyaya səyahət etməkdən çəkinməyə, bu ölkədəkiləri isə mümkün qədər tez sərhədlərini tərk etməyə və ya heç olmasa kütləvi toplantılardan çəkinməyə çağırıb. Rusiya hakimiyyəti hələlik bu məlumatları şərh etməyib.
Yeri gəlmişkən, bu gün, martın 8-də Moskvada Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bir çox tədbirlərin keçirilməsi planlaşdırılır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB