Deyirsiniz yəni rusiyalı oliqraxlar Rusiyadan getməyəcəklər?

Deyirsiniz yəni rusiyalı oliqraxlar Rusiyadan getməyəcəklər?

...Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi Rusiya milyonçularının şəxsi vəsaitlərinin illik yoxlamalardan azad ediləcəyinə dair düzəlişlər hazırlayıb.

…Şəxsi vəsaitlərin tənzimlənməsinin sadələşdirilməsi Rusiya şirkətlərinin idarəçiliyini sabitləşdirmək və aktivlərin Rusiya yurisdiksiyasına verilməsini sürətləndirmək məqsədi daşıyır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu nazirliyin sözçüsü İlya Torosov bildirib.

İndi ölkədə pul qazanmaq üçün çoxlu imkanlar var ki, bunu fərdi sahibkarlar öz ümumi sərvətlərini 7,953 milyard dollar artırırlar. İndi İqtisadi İnkişaf Nazirliyi onların vəsaitlərini yoxlamasız buraxmaq qərarına gəlib. Belə ki, hakimiyyət Qərbin özəl fond və trestlərinə alternativ yaratmaqla oliqarxları (ən əsası isə onların fondlarını) Rusiyaya üstünlük verməyə sövq edir.

Maraqlıdır, görən, imkanlı vətəndaşlar səxavətli təklifdən yararlanacaqlarmı? Çətin ki. Çünki nə qədər varlı olsanız da, Rusiya Federasiyasının ərazisində pulun faydası azdır. Ona görə də oliqarxlar heç bir müdaxilə olmadan Qərblə əlaqə saxlamaq üçün Rusiya vətəndaşlığından imtina etməyə davam edəcəklər.

Deyim ki, bunu bəzi rus saytları iddia edir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə