Roskomnadzor “NeMoskva Speaks” (“Moskva danışmır”) elektron nəşrinin saytını bloklayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” xəbər verir.
Bloklamanın səbəbləri barədə heç nə məlum deyil. Hazırda media redaktorları qadağan olunmuş saytların reyestrinə hansı materialın daxil edilməsinə səbəb olduğunu öyrənməyə çalışır. Amma media fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, “Moskva danışmır” layihəsi müstəqil jurnalistlər və müxbirlər qrupu tərəfindən 2022-ci ilin payızında başlayıb.
Yeni medianın baş redaktoru əvvəllər Tomsk TV-2 xəbər kanalına rəhbərlik etmiş Viktor Muçnik idi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB