...Gərək ki, SİA bununla bağlı bir müddət bundan əvvəl də yazmıdı.
Deməli, bu gün Rusiyada bütün sosioloji sorğulara görə, ölkə prezidentini, təbii ki, bəzi istisnalarla, daha çox 60 yaşdan yuxarı olan qadınlar dəstəkləyirlər(?).
Əslində isə bu qocalar bir ağızdan ölkəni mağara anaxronizminə sürükləyir və əvvəlki dövrün təfəkkürünü, baxışlarını tətbiq edirlər.
Qeyd edilməlidir ki, bu mənim fikrim deyil. Doğrudur, SİA, dediyimiz kimi, bir müddət əvvəl bununla bağlı yazaraq “Putinin qoşunları”nın videolarına baxmağı, orada indiki hökumətin elektoratı haqqında hərtərəfli məlumata sahib olacağınızı tövsiyə etmişdi.
Məsələ bundadır ki, bu gün Rusiyanın əksər bölgələrində həyatla bağlı köhnəlmiş fikirlər gənc nəslə ötürülürmü deyim, sırılırmı deyim...bu faktdır.
Belə ki, internet bağça uşaqlarının uniformalı yürüşləri və...hələlik oyuncaq pulemyotlardan atəş açmasını əks etdirən videolarla doludur. Yəni bu gün şüurlu surətdə həyatla bağlı köhnəlmiş fikirlər nəinki gənc nəslə, hətta dediyimiz kimi bağça uşaqlarına da ötürülür.
(...Bir daha xatırladım ki, SİA bir müddət bundan əvvəl bununla bağlı “Rusiyada gələcəyin “zombi əsgər”ləri uşaq bağçasında yetişdirilir?” adlı yazı dərc etmişdi-A.B.)
...Xüsusilə uşaq bağçasında keçirilən məşğələlərdə uşaqlara “ölmək qorxulu deyil” öyrədilir. Bu məqamda həmən o bağça uşaqlarının müəllimlərinə, valideynlərinə sual yarana bilər: “Bu uşaqları nəyə hazırlayırsınız? Sürətli, qorxmaz ölümə?”
...Deyilənlərə görə, bu günlərdə Ulan-Ude (...niyə məhz Buryatiya, çünki bu da ayrı bir yazının mövzusudur...A.B.) məktəblilərindən birinə vətənpərvərlik tərbiyəsi dərsi üçün öz bayraqları ilə gələn Vaqneritlərin bayraqları üzərində bilirsiniz nə yazılıbmış; "Şəxsi heç nə yoxdur - bizə pul verildi".
Hə, gəl indi baş aç. Yəni deyirsiniz ruslar demiş “feso”!
Yenə deməli, burada yuxarıdakı rus səlahiyyətlilərdən təklif "gəlmək istəyir"...
...Rusiyanın gənc nəsli, əgər “baxılmazsa”, mövcud rejim üçün mütləq təhlükəyə çevriləcəklər. Axı Kremlin aqressiv siyasəti ölkənin təcrid olunmasına və beynəlxalq əməkdaşlığın qeyri-mümkün olmasına gətirib çıxarır. (...Şovinizmin digər təzahürləri sosial-şovinizm, hakim millətçilik şovinizmidir, yox, bunu elə belə deyirəm-A.B.)
Deyəsən, bunu artıq başa düşməyə başlayırlar axı...
...Buna görə də, arzuolunmaz məlumatlara girişin qarşısını almaq və hər kəsə nəzarət edə bilmək üçün Rusiya Federasiyası Dövlət Duması hökumətə Ümumrusiya valideyn nəzarəti sistemi yaratmağı təklif edir. Valideynlərin bu resursa çıxışı olub-olmayacağı bilinmir, lakin dövlət...guya hər bir şagirdi avtomatik olaraq izləyə biləcək.
Deyirsiniz, izləyəcək? Axı, bu hələ təklifdir, reallaşmasına, yenə deyirsiniz, ümid var?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB