Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Avropa Xalq Partiyasının konfransında Rusiyanı Avropanın “düşməni” adlandırıb və Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ölkənin ictimai televiziyası olan ERT yayıb.
...Avropa üçün bu qaranlıq saatda... biz Ukraynanı vahid cəbhə ilə dəstəkləmək əzmimiz olduğunu nümayiş etdirdik.
Siyasətçi vurğulayıb bunu.
O qeyd edib ki, düşmənlər belə bir dönüş gözləmirdilər. Mitsotakisin sözlərinə görə, Yunanıstan Ukraynanı həm iqtisadi, həm də hərbi cəhətdən dəstəkləməyə davam edəcək. Yeri gəlmişkən, Yunanıstanın baş naziri Odessa səfərindən danışıb. O qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə obyektə səfər edərkən rus raketi limana düşüb.
...Bizi qorxuda bilməyəcəksiniz, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik... nə qədər lazımdırsa.., deyən yunn rəsmisinin sözlərinə görə, Qərb müttəfiqləri bu qərarda tamamilə birləşəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB