Britaniya Ukraynaya 10 min pilotsuz təyyarə tədarük etdiyini açıqlayıb

Britaniya Ukraynaya 10 min pilotsuz təyyarə tədarük etdiyini açıqlayıb

Böyük Britaniya əlavə olaraq 125 milyon funt-sterlinq (160 milyon dollar) ayırıb ki, bu da Ukrayna üçün 10 mindən çox pilotsuz uçan aparatı maliyyələşdirəcək.

SİA “Sky News”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.

Deyilənlərə görə, bunlara FPV dronları, 1000 birtərəfli hücum dronları, müşahidə və dəniz pilotsuz uçan aparatları daxildir.

Qeyd edək ki, bu addım ötən ay Britaniyanın Ukraynaya pilotsuz təyyarələr tədarükü üçün beynəlxalq koalisiyaya rəhbərlik edəcəyi barədə elandan sonra atılıb.

Müdafiə naziri Qrant Şapps bildirib ki, o, Böyük Britaniyanın Ukraynanı ən son dronlarla silahlandırmaq öhdəliyini gücləndirir.

...Mən beynəlxalq tərəfdaşları bu səylərdə Böyük Britaniyaya qoşulmağa çağırıram.

İngilis nazir deyib bunu.

...Ukrayna Silahlı Qüvvələri Britaniyanın hədiyyə etdiyi silahlardan görünməmiş effekt verir və bu, Rusiyanın Qara dəniz donanmasının demək olar ki, 30 faizini vurmağa kömək edib.

Bunu da Qrant Şapps bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə