Bayden bununla ABŞ-a ziyan, Putinə isə xeyir verimiş, bəs, niyə indi deyilir?
Yıxılana balta çalanlar..?

...Deyirəm, bunlarınkı artıq...“yıxılana balta çalan çox olar” misalına dönməkdədir.

Budur, bu dəfə Nümayəndələr Palatasının Əksəriyyət Lideri Stiv Skaliz “Fox Business” telekanalına müsahibəsində hazırkı ölkə prezidenti Cozef Baydeni mayeləşdirilmiş təbii qaz ixracının dayandırmasını tənqid edib. SİA bu barədə rus saytlarına istinad edir.

Onun dediyinə görə, Bayden bu hərəkəti ilə Amerikaya zərər, Putin Rusiysına isə hədiyyə verib.

Onun fikrincə, Trampın hazırkı uğuru onun asayişi bərpa etməyi bilməsi ilə bağlıdır və insanlar bunu artıq başa düşməyə başlayıblar.

...Cozef Bayden ABŞ üçün nə etdi? O, gəlib Trampın uğurlu siyasətini tərsinə çevirdi və ölkəmizi yenidən xarici ölkələrdən asılı vəziyyətə saldı.

Qeyd edək ki, bunu Stiv Skaliz deyir və mayeləşdirilmiş təbii qaz ixracı ilə bağlı Baydenin əməlini, bir daha onun Vladimir Putinə hədiyyəsi kimi təqdim edir.

...Amerikaya ziyan vurursa və ailələrin xərclərini artırırsa, o niyə belə etsin?

Bunu sual edən amerikalı səlahiyyətliyə görə, artıq amerikalı ailələr bundan bezib və məhz Trampın uğur qazanmasının səbəbi də budur. Onlar başa düşürlər ki, o, enerji istehsalını yenidən işə salmağı bacarır.

Amma Trampdan fərqli olaraq, Cozef Bayden Amerika enerjisini bağlamaq istəyir, onu bizi sevməyən digər ölkələrdən gətirmək istəyir. Biz bunu dayandırmalıyıq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə