Makron “NATO-nun dəli kuklası”dır..?

Makron “NATO-nun dəli kuklası”dır..?

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Fransa prezidenti Emmanuel Makronun Parisdə Ukraynaya dəstəkdə qırmızı xətlərin tamamilə olmaması ilə bağlı sözlərindən sonra qəzəbli yazı dərc edib.

Siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində Fransa liderini “NATO-nun dəli kuklası” adlandırıb.

...Bu adamın hələ devrilməməsi ağlasığmazdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Filippo yazıb.

Onun fikrincə, bu yolla Makron bütün müttəfiqlərinə Rusiya ilə qarşıdurmada sərhədlərinin və qırmızı xətlərinin olmadığını təsdiqləyib.

Fransız siyasətçi həmçinin bütün həmvətənlərini çox ciddi bir zamanda Makronun siyasətinə cavab verməyə və sülh tərəfdarı olmağa çağırıb.

Xatırladaq ki, Makron Fransa partiyalarının liderləri ilə görüşdə Ukraynadakı vəziyyəti müzakirə edərkən demişdi ki, Parisin Kiyevə dəstəyinin həddi yoxdur. Eyni zamanda, “Milli Mitinq” partiyasının lideri Cordan Bardella Fransanın Ukraynadakı münaqişəyə birbaşa qarışmaması üçün bu məsələdə qırmızı xətlərdən kənara çıxmamağa çağırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə