Zelenski Zalujnıya yeni iş yeri tapıb...

Zelenski Zalujnıya yeni iş yeri tapıb...

Ukrayna prezidenti Vladimir Zelenski ölkə Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilən Valeri Zalujnıya yeni iş yeri tapıb.

General Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin olunacaq.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zelenski Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi ilə bağlı razılığa gəlib.

Ukrayna Xarici İşlər Nazirliyi artıq Britaniya tərəfinə “aqremanla bağlı müvafiq sorğu” göndərib. İndi Zalujnının namizədliyi Britaniya hakimiyyəti tərəfindən təsdiqlənməlidir.

SİA xatırladır ki, fevralın 8-də Zelenski Zalujnı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdırıb və onun yerinə general-polkovnik Aleksandr Sirskini təyin edib. Ertəsi gün Zalujnıya Ukrayna Qəhrəmanı adı verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə