Fransa və Moldova təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu, Rusiyanın təhlükəsi fonunda baş verib.
RBC-Ukrayna BFM TV-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Qeyd edək ki, Moldova və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq sazişi prezident Maia Sandu-nun Parisə səfəri zamanı bağlanıb.
Sənədi Moldova və Fransanın müdafiə nazirləri imzalayıblar. Makronun sözlərinə görə, belə bir razılaşma “yaxın aylarda Kişinyovda daimi müdafiə missiyasının açılmasını” nəzərdə tutur. Prezident əlavə edib ki, bu, yalnız ilk addımdır.
Makron və Sandu birgə bəyanat yayaraq, Rusiyanı Moldova ərazisində qeyri-qanuni yerləşdirilmiş qüvvələrini geri çəkməyə çağırıblar.
Eyni zamanda Paris bəyan edib ki, “vaxt gələndə bu münaqişənin davamlı və sülh yolu ilə həllinə öz töhfəsini verməyə” hazırdır.
Xatırladaq ki, bir qədər əvvəl Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin sədri Aleksandr Musteatse Rusiyanın Moldova daxilində vəziyyətin sabitliyini pozmaq üçün planlar hazırladığını bildirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB