Medvedev:"Rusiyanın Fransa üçün artıq qırmızı xətləri yoxdur..."

Medvedev:"Rusiyanın Fransa üçün artıq qırmızı xətləri yoxdur..."

Təhlükəsizlik Şurası sədrinin müavini və Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Fransa prezidenti Emmanuel Makronun Parisin Ukraynaya kömək etməkdə heç bir hüdudunun olmadığı barədə sözlərinə münasibət bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazıb.

Medvedevin sözlərinə görə, Makronun bu açıqlaması o deməkdir ki, Rusiyanın Fransa üçün qırmızı xətləri olmayacaq.

...Ukraynaya dəstək baxımından daha qırmızı xətlər, məhdudiyyətlər yoxdur..

Qeyd edək ki, bunu Makron ərz edib.

...Bu o deməkdir ki, Rusiyanın Fransa üçün daha qırmızı xətləri yoxdur.

Bunu belə yozan Medvedev sözlərini Roma hüququndan “In hostem omina licita” – “düşmənlə bağlı hər şeyə icazə verilir” ifadəsi ilə yekunlaşdırıb.

Xatırladaq ki, Makron daha əvvəl demişdi ki, Fransanın Ukraynaya dəstək məsələsində “hüdudu yoxdur”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə