...Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması iqtisadi cəhətdən Rusiyadan asılı olduğu üçün müəyyən risklərlə bağlıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri respublikanın Maliyyə Nazirliyinin rəhbəri Vaqe Ovannisyan deyib. ...Brifinqdə çıxış edən nazir qeyd edib ki, bu asılılıq müxtəlif sahələrdə, o cümlədən ixrac-idxalda, eləcə də enerji sektorunda formalaşıb.
...Hər halda, suverenliyimizi(?) gücləndirmək üçün bir nöqtədən asılılıq, nə olursa olsun, şaxələndirilməlidir. Hər hansı bir yerdən asılılıq arzuolunmazdır. Hesab edirəm ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması riskli olardı.
Qeyd edək ki, TASS bunu Ovannisyandan sitat gətirir.
Yeri gəlmişkən, bundan əvvəl Ermənistan və Rusiyanın xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrov arasında regiondakı vəziyyəti müzakirə etdiyi bildirilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB