Litvada NATO-nun hava hücumundan müdafiə sistemləri peyda olacaq

Litvada NATO-nun hava hücumundan müdafiə sistemləri peyda olacaq

NATO missiyası 2024-cü ildə Litvada fəaliyyətə başlayacaq və ölkədə “Patriot” da daxil olmaqla hava hücumundan müdafiə sistemləri olacaq.

SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anusauskas məlumat verib.

Müdafiə Nazirliyinin rəisi missiyanın başlaması ilə bağlı dəqiq tarix deyə bilməsə də, bunun bu il baş verəcəyini vurğulayıb.

O, həmçinin xatırladıb ki, NATO müttəfiqləri hələ 2023-cü ilin iyulunda rotasiya əsasında Baltikyanı ölkələrdə hava hücumundan müdafiə sistemlərini yerləşdirməyə razılaşıblar.

Qeyd edək ki, bundan əvvəl Litva prezidenti Gitanas Nauseda NATO ölkələrinin Vilnüsdə keçirilən sammitdə qəbul edilmiş bütün bəyannamələri yerinə yetirməməsindən şikayətlənib. Çünki bu, Baltikyanı ölkələrin təhlükəsizliyini təhlükə altına qoyur. O, həmçinin hava hücumundan müdafiə sistemlərinin vacibliyini vurğulayaraq, Ukraynadakı münaqişəni misal çəkib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə